İnsan psixologiyası inanılmaz quyu kimidir. Dərinə endikcə fərqli və maraqlı məlumatlar tapmaq mümkündür. Bu baxımdan alimlər hər gün insan psixologiya ilə əlaqədar yeni məlumatlar tapmağa davam edirlər.
“Sherg.az” “Haberler.com”a istinadən insan psixologiyasına dair maraqlı faktları açıqlayır:
1.Psixoloqlara görə, sevdiyimiz musiqini həyatımızın müəyyən bir anı ilə əlaqələndirdiyimiz üçün sevirik.
2. İnsan hədəfləri və xəyallarını digər insanlarla bölüşdükdə, onlara çatma ehtimalı azalır. Çünki araşdırmalar zamanı bunları bölüşməyin insan motivasiyasını azaltdığı meydana çıxıb.
3. Pulu mülkdən çox təcrübə üçün xərcləmək insanları daha xoşbəxt edir.
4. Bu günə qədər psixoloqlar tərəfindən 400-dən çox fərqli fobiya aşkar edilib.
5. Tədqiqatlar göstərir ki, sevgi beyin kimyasında kompulsiv pozğunluqla eyni təsiri yaradır.
6. Hamilə qadınların 30 faizi hamiləlik zamanı qeyri-qidalı şeylər yemək istəyir. Bu vəziyyət "Pika Sindromu" adlanır.
7. Araşdırmalar Fransadakı hər 5 nəfərdən birinin həyatında ən az bir dəfə depressiya ilə mübarizə apardığını sübut etdi. Bu, Fransanı dünyanın ən depresif ölkəsinə çevirir.
8. Bu günə qədər görmə əngəlli insanlarda şizofreniya xəstəliyi aşkar edilməyib.