Nazirlikdən çağırış: Bu xəbər siqaret çəkənləri məyus edəcək

Siqaret çəkənlərin COVİD-19- a yoluxmaq təhlükəsi daha çoxdur.
Bu barədə "Sherg.az" "Haberglobal"a istinadən xəbər verir. Türkiyənin Səhiyyə Nazirliyinin açıqlamasına görə, siqaret çəkənlər və tütün tüstüsünə məruz qalanlar  koronavirusa daha tez yoluxa bilərlər.
Çünki həmin adamlarda müxtəlif orqanlara, o cümlədən ağ ciyərə kifayət qədər oksigen paylanılmır.
Bu səbəbdən nazirlik insanları siqareti atmağa çağırıb.