Bəzi uşaqlar çox arıq, bəziləri isə həddindən artıq kök olurlar. Lakin elə uşaqlar da var ki, dünyada analoqu olmayan bir xəstəliyin daşıyıcısıdırlar.
"Sherg.az" "Sabah.com"a istinadən qeyri-adi uşaqları açıqlayır.
Dünyanın ən balaca körpəsi
Amillia Taylor 24 oktyabr 2006-cı ildə 21 həftə 6 günlük ikən anadan olub. Körpənin anası, "Amillianın sağlamlığına görə çox xoşbəxtəm. 1.8 kq anadan olmasına baxmayaraq dolğun görünür" dedi.
Dünyanın ən kök uşağı
İranda doğulan bu körpənin çəkisi 20 kq-dır. Ailə doğuş zamanı 3.6 kq olan körpənin sonradan kökəldiyini söyləyir. Həkimlər saat-saat yeyən körpənin yemək pozğunluğuna nəyin səbəb olduğunu bilmirlər.
Alnının ortasında gözləri olan körpə
Bu körpə 2006-cı ildə Hindistanda bir gözlə dünyaya gəldi.