Baş ağrılarından şikayətlənənlər çoxdur. Əksəriyyət də bunun miqren olduğunu və müalicəsizliyini iddia edir. Tibb üzrə mütəxəssislər isə insanlarda miqrenlə bağlı yanlış təsəvvürlər formalaşdığı qənaətindədir.
Miqrenin müalicəsi var, sadəcə hər insan bu müalicə üsullarını tətbiq etmir, nəticədə miqrenlə, davamlı baş ağrıları ilə ömür sürürlər. Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, nevrologiya üzrə professor doktor Oğuzhan Onultan hər baş ağrısı zamanı həblər qəbul etmək əvəzinə tərkibində süni qatqılar olmayan, maqneziumla zəngin göyərti, müxtəlif tərəvəzlər və meyvələrlə hazırlanan içəcəkləri məsləhət görür. Bunlar ispanaq, kərəviz, kətan toxumu, banan, çiyələk və daha bir neçə tərəvəz və meyvələrdir.
Professor ən başlıcası gün ərzində 2 litr su içməyi tövsiyə edir. Doktor O.Onultan bildirir ki, miqren olaraq anladılan baş ağrıları çox zaman qidalanmaya bağlı olur. İnsanın yeyib-içdikləri baş ağrılarını artıra, ya da azalda bilər. O.Onultan onu da qeyd edib ki, bədəndə olan ödəmlər (ödem su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarında və toxumalarda suyun toplanmasıdır) miqrenin yaranmasına səbəb olur. Miqren əslində qarşısı alınan xəstəlikdir. İnsanlar dərman qəbul etmək əvəzinə yedikləri qidalara diqqət etsələr daha faydalı olar. Bağırsaqlar vicudu nəzarətdə saxlayan orqandır. Bu səbəbdən də nə yeyib, nə içdiyimiz çox önəmlidir. Miqrendən əziyyət çəkənlər yaxşı olar ki, bir müddət gün ərzində hansı qidaları qəbul etdiklərini qyed etsinlər və məhz hansı qidadan sonra aş ağrısı başladığını özləri müəyyənləşdirsinlır. Professor məsləhət görür ki, paketlənmiş qidalardan, işlənmiş ət məhsullarından, pendirdən, dəniz məhsullarından və enerji içkilərindən uzaq dursunlar. Əvəzində təribində bol su və antioksidan olan meyvə və tərəvəzlərdən istifadə etsinlər. Baş ağrısının ən böyük səbəbi orqanizmdə su çatışmazlığıdır. Gün ərzində 2-2,5 litr, isti havalarda isə bir qədər də artıq su içmək lazımdır.
Miqreni önləyəcək 3 tərif bunlardır:
1) - 1 ədəd banan, 1 dəstə ispanağ, bir qədər təzə nanə, 1 kasa yağsız qatıq, 1 stəkan laktossuz süd, 5-6 ədəd çiyələk, 1 çay qaşığı kətan toxumu. Bunları qarışdırıb kokteyl halına gətirmək lazımdır. Bu qarışığı hər gün içmək olar.
2) – 4 dilim ananas, 3-4 yarpaq kahı, 1 ədəd kərəviz saplağı, 1 ədəd limon (qabıqlı).
3) - yaşıl alma, ispanağ və xiyar qarışığı.
Doktor belə qarışıqlı içkilərin hər gün , davamlı olaraq qəbulunun meqreni önləyəcəyini qeyd edib.