63 yaşlı kişi qarın ağrısı, həzmsizlik və qarında şişkinlik şikayəti ilə həkimə müraciət edib. Həkimlər kişiyə USM müayinəsi təyin edib.
Müayinə zamanı məlum olub ki, kişinin öd kisəsində xeyli daş toplanıb. Qarın ağrısı, həzmsizlik, köp yaradan da öd kisəsidir. Hadisə Türkiyənin Çorum əyalətində baş verib. “Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, 63 yaşlı Mehmet Bezirci əməliyyata alınıb. Kişinin öd kisəsindən çıxanlar həkimləri şoka salıb. Əməliyyatı icra edən cərrah Əziz Cengiz və doktor Mustafa Yiğit M.Bezircinin öd kisəsindən nə az, nə çox, tam 5 min 58 daş çıxarıblar. Həkimlər əməliyyatı sonlandırarkən 3 tibbi personal öd ksəsindən çıxarılan daşları saymaqla məşğul olub. Və daşları 1 saata sayıb qurtarıblar.