Koronavirusa yoluxan əməkdar artist Mətanət İsgəndərli sağalıb. O İnstaqram səhifəsində paylaşım edib.
"Sherg.az" xəbər verir ki, müğənni paylaşdığı videoda bunları söyləyib:
"Ağır xəstəlikdən sonra ilk dəfə toyda iştirak edirəm. İnanın hələ də şokdayam. Elə bilirdim ki, sağalmayacam. Bu çox pis xəstəlikdir. Uzun müddətdən sonra məclisdəyəm. İnşallah ölkəmizdə də toylar başlayar. Mənim üçün narahat olan, dua edən hər kəsə təşəkkür edirəm".