İsraildə tibbində ilk: Ən çətin əməliyyat uğurla başa çatdı - FOTO

İsraildə milyonda bir rastlanan əməliyyat həyata keçirilib. 
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, başlarının arxasından bir -birinə yapışmış halda dünyaya gələn əkiz qızlar nadir əməliyyatla bir -birindən ayrılıblar.
"Beersheba" şəhərindəki Soroka Tibb Mərkəzində edilən 12 saatlıq əməliyyatdan sonra  xoşbəxt sonluğa nail olunub.
Həkimlər bu əməliyyatdan əvvəl aylarla hazırlıq keçib. Əməliyyata İsraildən və dünyanın hər yerindən onlarla mütəxəssis qatılıb. Adı açıqlanmayan körpə qızların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, dünyada cəmi 20 dəfə həyata keçirilən əməliyyat İsraildə  ilk dəfə reallaşıb.