“Yeni növ "Delta" ştammı daha yoluxdurucudur”
“Bütün yaşlarda koronavirusa yoluxma baş verə bilər”
Koronavirusun mutasiyaya uğramış halı uşaqları da məlum təhlükə ilə üz-üzə qoyub. COVİD-19 diaqnozu qoyulan vətəndaşlar arasında yoluxanların ən kiçiyi 4 aylıq ən böyüyü isə 16 yaşlıdır.
Pediatr Vaqif Qarayev körpələrin koronavirusa yoluxması barədə fikirlərini "Sherg.az"la bölüşüb. Onun sözlərinə görə körpə ana bətnində də virusa yoluxa bilər:
"Gürcüstanda yeni doğulan körpədə virusa yoluxma müşahidə edilmişdi. Deməli, ana bətnində yoluxma baş verir. Ötən il uşaqlar arasında COVİD-19-a yoluxma az rast gəlinirdi. Nəinki COVİD-19, mövsümi xəstəliklərə də yoluxmamışdılar. Çünki uşaqlar yüksək dərəcədə təcrid olunmuşdular.
Gürcüstanda ümumi yoluxmanın 20 faizini uşaqlar təşkil edir. Yeni növ "Delta" ştammı daha yoluxdurucudur. Bu ştammın əlavə bir xüsususiyyəti odur ki, mədə-bağırsaq əlamətləri müşahidə olunur. Bayaq təhsil naziri Emin Əmrullayev də gündəlik yoluxanların 8 faizə qədərini şagirdlər təşkil etdiyini bildirdi".
Pediatr sonda qeyd edib ki, bütün yaşlarda koronavirusa yoluxma baş verə bilər.