Peyvəndləri dronla paylamağa başladılar

Koronavirus epidemiyasına ən çox yoluxma halı müşahidə edilən ölkələrdən biri Hindistandır.

 "Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, COVİD-19 virusunun başlamasından  bəri ölkədə 33 milyondan çox yoluxma halı qeydə alınıb.  Hindistan, yoxluma göstəricilərinə görə  ABŞ -dan sonra dünyada ikinci yerdədir.

Ölkədəki COVİD-19 ölümləri isə 440 mini ötüb və Hindistan, ABŞ və Braziliyadan sonra ən çox ölüm sayına sahib üçüncü ölkədir. Ötən aylarda Hindistanda yandırılan cəsədlərin və koronavirus səbəbiylə ölən insanların çaylara atılma görüntüləri qan dondurmuşdu.

Ərazi baxımından olduqca böyük  və əhalisi sıx olduğu üçün epidemiya tədbirləri və peyvənd paylanmasında çətinlik çəkən ölkədə, son çarə olaraq dronlarla kömək edilməyə başlanılıb. Belə ki, Hindistanda ucqar, əlçatmaz və xüsusilə dağlıq əyalətlərinə peyvənd paylanması artıq dron vasitəsi ilə həyata keçiriləcək.