Dünya koronavirusla mübarizəsini davam etdirərkən, ən böyük silahımız olaraq göstərilən peyvənd iddiası ilə bağlı yayılan məlumat ortalığı qarışdırıb.
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, ölkələr koronavirusa qarşı peyvəndləməni sürətləndiyi vaxtda, ABŞ -dan gələn yeni əks təsir iddiası mübahisələrə səbəb olub.
ABŞ -da bir çox insan peyvənddən sonra limfa düyünlərinin şişməsi şikayəti ilə həkimə müraciət edib. Mütəxəssislər bu vəziyyətin müvəqqəti və zərərsiz olduğunu bildiriblər.
Mütəxəssislərin fikrincə, immunitet sistemi aktivləşərək antikor ordusu yaratdığından, peyvənddən sonra qoltuqaltı bölgədəki limfa düyünləri bəzən şişə bilər.