Türkiyənin bəzi ərazilərində küçəyə çıxmaq qadağan edildi


Türkiyənin Bitlis bölgəsinin 13 kəndində əhaliyə küçəyə çıxmaq qadağan edilib.

Lokdaunun noyabrın 18-i, yerli vaxtla saat 17.00-dan yeni bir qərar verilənədək qüvvədə qalacağı bildirilib.

Qadağanın PKK terror təşkilatı ilə mübarizə çərçivəsində bölgədə həyata keçirilən əməliyyatla bağlı olduğu vurğulanıb.

Mənbə: TRT