Türkiyədə əri ilə mübahisə edən azərbaycanlı qadın özünü çaya atıb

Türkiyənin Antalya şəhərində həyat yoldaşı ilə mübahisə edən azərbaycanlı qadın Kəbutər Babayeva özünü çaya atıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onun bu ölkənin vətəndaşı olan həyat yoldaşı Emin Yapıcılar dərhal xilasetmə xidmətinə xəbər verib.

Əraziyə gələn xilasedicilər K.Babayevanı sudan çıxararaq, həyatını xilas ediblər.

Xəstəxanada müayinə olunan Kəbutər Babayeva Polis İdarəsinə aparılaraq, orada ifadə verib.