Rusiya Ukrayna ilə sərhəddə yerləşən təhlükəli rayonlardan 115 min insanı köçürüb

Rusiya Ukrayna ilə sərhəddə yerləşən təhlükəli rayonlardan 115 min insanı köçürüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Denis Manturov Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib.


Onun sözlərinə görə, 115 min nəfər təhlükəli sərhəd bölgələrindən köçürülüb.

Manturov Nazirlər Kabinetinin sərhəd rayonlarında vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi üçün 1,9 milyard rubl ayrılması ilə bağlı qərar hazırladığını da söyləyib.