Sisi Türkiyəyə bu tarixdə səfər edəcək

Əbdülfəttah Sisinin Türkiyəyə səfərinin tarixi açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ə.Sisi sentyabrın 4-də Ankaraya gələcək.

Səfər çərçivəsində İsrailin hücumlarının dayandırılması, bölgədə atəşkəsin təmin edilməsi və Netanyahu hökumətinin mühakimə olunması üçün atıla biləcək birgə addımlar müzakirə ediləcək.

Bundan başqa, iki ölkə arasında ticarətin 15 milyard dollara çatdırılması üçün fikir mübadiləsi aparılacaq