Bu ölkələrə təyyarə biletləri KƏSKİN BAHALAŞDI - RƏSMİ

Azərbaycandan MDB ölkələrinə və digər xarici ölkələrə təyyarə ilə sərnişindaşıma qiymətlərində yenidən kəskin artım müşahidə edilir.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daha çox bahalaşma MDB ölkələrinə olan reyslərdə qeydə alınıb.
2024-cü ilin yanvarında bir gedişin orta qiyməti 520 manat olduğu halda, iyulda qiymət 1022 manatı ötüb. Yalnız iyul ayı ərzində biletlərin qiyməti 137 manat artıb.
MDB-dən kənarda olan ölkələrə beynəlxalq reyslərin qiyməti də xeyli artıb. Yanvarda bu reyslərin qiyməti 567 manat təşkil etdiyi halda, iyulda 910 manatı ötüb.
Beynəlxalq reyslərin qiymətinin kəskin artmasını yay turizm mövsümü ilə əlaqələndirmək olar. Yay turizm mövsümündə xaricə səfərlər artır. Azərbaycanda quru sərhədlər son dörd il yarımda bağlı qaldığından xaricə getmək istəyən şəxslər bu mövsümdə məcbur qalıb təyyarə reyslərindən istifadə edirlər. Təyyarə ilə səfərlərə tələb artdığından qiymətlərin yüksəlməsi qaçılmaz olur.

Böyük ehtimalla avqustda da qiymətlər yüksək olacaq və sentyabrdan başlayaraq xaricə turist səfərlərinin azalması ilə əlaqədar qiymətlərdə yenidən enmə baş verəcək.