MSK sədri: Seçkiləri işıqlandırmaq üçün kifayət qədər xarici media qurumu müraciət edir

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini işıqlandırmaq üçün kifayət qədər xarici media qurumu bizə müraciət edir.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.
MSK sədri qeyd edib ki, Türkiyə, Rusiya və digər ölkələrin media qurumları növbədənkənar parlament seçkilərini işıqlandırmaq üçün Xarici İşlər Nazirliyinin xətti ilə onlara müraciət edirlər.