Anar Məmmədlinin həbs müddəti uzadılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.
Sherg.az report-a istinadla xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsinda hakim Bəxtiyar Məmmədov tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.