5 İLDƏN SONRA  - Avropa Birliyindən  Ankaraya dəvət gəldi

5 ildən sonra Avropa Birliyindən Ankaraya əhəmiyyətli bir dəvət gəldi. Xarici işlər naziri Hakan Fidanın avqustun 29-da keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Brüsselə gedəcəyi gözlənilir.
Sherg.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bunu Avropa Birliyinin dialoq axtarışı kimi qiymətləndiririb: 
"Ümid edirik ki, bu addım önümüzdəki dövrdə AB Xarici Əlaqələr Şurasının 15 iyul 2019-cu il tarixli və münasibətlərimizi çıxılmaz vəziyyətə salan qərarlarında dəyişiklik edilməsinə zəmin yaradacaq" .

Müsbət yanaşmanın bu görüşlə məhdudlaşmamalı olduğunu və əməkdaşlığın "sistemli əsasda" qurulması lazım olduğunu söyləyən Keçeli, "Viza liberallaşdırılması prosesi kimi sahələrdə dialoqun yenidən funksional olması üçün konkret addımlar atılmalıdır" deyə bildirib.