Misir Prezidentinin Türkiyəyə səfərinin tarixi dəqiqləşib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi sentyabrın 4-də Türkiyəyə səfər edəcək.

APA CNN TÜRK-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sisini Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Qeyd edilib ki, iki lider Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Səfərin əsas gündəminin Qəzza olacağı gözlənilir, bununla belə, iki ölkə arasındakı münasibətlər də müzakirə olunacaq.