Daha bir ölkədə rekord yoluxma qeydə alındı


Koreya Respublikasında gün ərzində koronavirusa 3 290 yoluxma faktı aşkarlanıb.

Bu, ölkədə ilk yoluxmanın qeydə alındığı keçən yanvar ayından ən yüksək göstəricidir.

Əvvəlki antirekord - 3 270 nəfər bu il sentyabrın 25-də qeydə alınıb.

İnfeksiyaya yoluxanların sayında kəskin artım noyabrın 1-dən ölkədə normal gündəlik həyata keçidin başlanmasından və əksər məhdudiyyətlərin götürülməsindən sonra baş verib.

Mənbə: TASS