İkiqat Olimpiya çempionu xəstəxanalıq oldu


Xizək yarışları üzrə ikiqat Olimpiya çempionu Simen Heqstad Kryuqeri itlər dişləyib.

O, səhər qaçısı zamanı dördayaqlıların hücumuna məruz qalıb. Teryer cinsindən olan iki it əvvəlcə xizəkçinin ayaqları ilə oynayıb, sonra dişləməyə başlayıblar.

Norveçli idmançı xəstəxanaya getməli olub. Burada ona quduzluğa qarşı iynə vurulub və antibiotiklər təyin edilib.

Qeyd edək ki, Kryuqer 2018-ci ildə keçirilən Qış Olimpiya Oyunlarında iki dəfə kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin 15 km-lik yarışda gümüş medal qazanıb.

Mənbə: vg.no