Bu vitaminin defisiti prostat vəzi xərçənginin riskini artırır


Böyük Britaniya alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, kişi orqanizmində D vitamininin çatışmazlığı prostat vəzi xərçənginin riskini xeyli artırır.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada 2009-cu ildən 2014-cü ilə qədər prostat vəzi şişi xaric edilmiş 190 kişi iştirak etmişdir. Alimlərin fikirinə görə, D vitamini çatışmazlığı kişilərdə prostat vəzi xərçənginin aqressiv formalarının riskini 46% artırır.

Alimlər belə hesab edir ki, orqanizmdə D vitamininin miqdarının normaya düşməsi bu xəstəliyin inkişafı riskini azalda bilər. Bunun üçün kişinin rasionunda D vitami və kalsiumla zəngin olan qidalar olmalı, kişi tez-tez açıq havada olmalıdır.

Bundan əlavə araşdırmalar göstərib ki, prostat vəzi xərçəngi olan kişilərdə orqanizmdə bu vitaminin aşağı səviyyəsi xəstəliyin aqressiv gedişatına işarə edir.