Əl, üz, qoltuqaltı çox tərləyirsə...


Yayın yaxınlaşması bəzi insanları indidən narahat etməyə başlayıb. Narahatlıqlar həddən ziyadə tərləmə ilə bağlıdır. Bəzi insanlar var ki, çox tərləyir və bu, onların sosial həyatına mənfi təsir göstərir, diskomfort hissi yaradır. Çox tərləmək xəstəlik əlamətidirmi? Türkiyəli həkim Özkan Demirhan tərləmə barədə danışıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, həkim bədənin başdan-ayağa tərləməsinin metabolik xəstəlik ola biləcəyini, bədənin ayrı-ayrı hissələrinin çox tərləməsininsə hər hansı xəstəlik əlaməti sayılmadığını deyib: 
- Əllərdə, qoltuqaltındakı tərləmələr döş qəfəsi daxilindəki sinirlərin fəallaşması ilə tər yuvalarının da fəal çalışması  nəticəsində meydana gəlir. Ona görə də bu, xəstəlik sayılmaz. Lakin həkimlər tərləmə narahatlığı keçirən pasiyentlərə bəzi müayinələrdən keçməyi məsləhət görür. Əsasən də daxili xəstəliklər və endokrinoloq müayinəsindən keçməyi və tirioid analizi vermələrini tövsiyə edirik. Metabolik xəstəlik keçirmiş şəxslərinsə metabolik testlərdən keçməsini istəyirik. Ən əsası tiroid vəzinin (zob) funksiyaları  yoxlanmalıdır.  Çünki tirioidlərin fəallaşması metabolizmanı da gücləndirir, nəticədə tərləmə artır. Şəxsin ailəsində həddən ziyadə tərləməsi olanlar varmı, yatarkən çox tərləyirmi, hansı bölgədə yaşayır, hansı iş şəraitində çalışır, geyim alışqanlığı necədir, bunlara da diqqət edilməlidir. Bunlar məlum olduqdan sonra şəxsin xəstəliyinin olub-olmaması müəyyənləşir, cərrahi müdaxiləyə də bundan sonra qərar verilə bilər. Əməliyyat haqqında isə təhlükəsiz söylənə bilməz. Çünki döş qəfəsində əllərə, üzə, qoltuqaltına gedən sinirlər var, onları zədələmək gələcəkdə daha ağır nəticələrə səbəb ola bilər.