Mayaotu qozası və ya mayasarmaşığı qozası (şərbətçiotu) iltihab əleyhinə, ağrıkəsici, bakterisid, antiallergik vasitə kimi iltihabi əlamətlər, allergik səpgilər, qaşınma və s. ilə müşayiət olunan dəri xəstəliklərində istifadə olunur. Qozaların dəmləməsi saçların kökünü bərkitmək, kəpəyi təmizləmək, sızanaqları və xeyliti müalicə etmək üçün tətbiq olunur. Sakitləşdirici və zəif yuxugətirici vasitə kimi yüksək sinir oyanıqlığında, yuxu pozğunluğunda, vegetativ-damar distoniyasında, klimakterik sindromda və s. təyin olunur.
Mayasarmaşığı qozasını qastritlərdə, qastroenteritlərdə, qaraciyərin və öd kisəsinin xəstəliklərində həzmi yaxşılaşdırmaq və iştahanı artırmaq üçün istifadə etmək olar. Mayaotu qozasından hazırlanmış tinkturadan yüksək qıcıqlanma, xüsusən cinsi həyəcanlanma, yuxusuzluq və pollyusiyaya (gecə şeytan aldatma) qarşı sakitləşdirici vasitə kimi istifadəsi çox yaxşı təsir göstərir. Belə problemi olanlara hər gün yatmazdan qabaq 1 - 2/3 stəkan ilıq mayaotu tinkturasını qurtum-qurtum içmək məsləhət görülür. Mayaotu ilə dolmuş yastıq yuxusuzluqla mübarizə üçün istifadə olunan ən qədim üsullardan biridir.
Qeyd edək ki, mayaotu dırmaşıcı gövdəli, çoxillik, ot xassəli bir bitkidir. Uzun saplı yarpaqları, incə və sərt, qırmızımtıl yaşıl rəngli gövdəsi vardır. Dişli çiçək vəziyyətləri, çiçəklər üzərindəki ifrazat tükləri və kökü istifadə edilir. Çiçəkləri acı maddələr, qatranlar, uçucu yağ və aşı maddə daxildir. Bu bitki, pivə emalında istifadə edilər. Vətəninin Şərq Aralıq dənizi ölkələri olduğu təxmin edilən bitki, ölkəmizin bəzi bölgəsində də yetişir. İyul-sentyabr aylarında çiçək açır.