"Xəstə bütün yaşlarda burun əməliyyatını icra etdirə bilər"
Bunu "Sherg.az"a açıqlamasında həkim-psixterapevt Əli Nağıyev bildirib. Onun sözlərinə görə, məsələ ilk olaraq, Məhkəmə Tibbi Ekspertizanın rəyi üzərində formalaşdırılıb, araşdırılma aparılmalıdır:
"Pasiyentin ölümü əməliyyat zamanı baş veribsə, əsas üç amil buna səbəb göstərmək mümkündür. Anestezioloqun diqqətsizliyi, müayinələri geniş aparmaması, pasiyentin laxtalanmaya meyillilik və trombozun meydana çıxmış olması ehtimalı var. Yaxud cərrahi əməliyyat zamanı həkimin texnikanı düzgün tətbiq etməməsindən baş verə bilər. Digər bir fərziyyə isə pasiyentin özünün hər hansı məlumatı gizlətməsindən, doğru müayinəyə baş vurmamasından dolayıdır. Kimisə faktsız, sübutsuz günahlandırmaq doğru deyil".