5G insanların sağlam həyatına son qoyur
Texnologiya inkişaf etdikcə ətrafımızı müxtəlif tezlikli radiodalğalarla dolu şüa okeanı bürüyür və bundan hüceyrələrimiz zərər görür
Psixiatr-həkim Abdulla Şıxlinski Azərbaycanda son zamanlar artan intihar hadisələrinin səbəblərini açıqlayıb. Psixiatrın sözlərinə görə, intihar edənləri psixi xəstə adlandırmaqla bəzi qurumlar, məsul şəxslər özlərini sığortalamaq istəyir.
Təəssüf ki, Azərbaycanda pis bir tendensiyanın əsası qoyulub. Belə də davam edəcək. İnsan öz problemini həll etmək istəyir, hüquqlarını tələb edir, adını qoyurlar dəlidir. Məmurlar bu formuladan istifadə edib özlərini sudan quru çıxarmağa cəhd edir. Cəmiyyət bununla günahı boynundan atır: "İntihar edənlərin 80 faizi tamamilə sağlam adamlardır. Cəmi 15 faiz ruhi xəstə olur. Tibdə, psixiatriyada bu həmişə belə olub. İntihar ən çox psixi sağlam adamlara xarakterikdir.
Tarixin müəyyən dönəmlərində bir çox ölkələrdə müəyyən tarixi hadisələr baş verəndə, ciddi dəyişiklik olanda silsilə qətl hadisələri, intiharlar artır.
Cəmiyyət bunları ört-basdır etmək istəyir, çünki anormal hadisələr ölkənin imicini korlayır. İnsanı intihara əl atmasına səbəb olduğu vəziyyətdən çıxış yolunu görməməsidir. İmkanlı, vəzifəli, kifayət qədər statuslu insanlar da intihar edəcək. Son zamanlar polislər, həkimlər, gömrük işçilərindən özünü öldürənlər olur”.
Psixiatrın sözlərinə görə, hazırda Azərbaycanda intiharların artmasının əsas səbəblərindən biri ümidsizlik, narkotik maddələrin həddən artıq geniş yayılması, 5G qüllələridir: “Kim inanmır, özü bilər. Dünyanın bütün ölkələrində müxtəlif nöqtələrdə 5G qüllələri quraşdırılıb. Bu qüllələr elə güclü radiasiya, şüalanma yayır ki, beyinə təsir edir. İnsanın halı dəyişir. Baş ağrıları, kəllədaxili təzyiq artır, damarların spazmı, ensefelopatiya, psixi pozğunluqlar yaranır. Ağır dərəcəli isterik vəziyyətlər, insanlarda intihara meyillik yaradır. Bunu Amerika alimləri hələ 10 il əvvəl sübut ediblər. ABŞ ştatlarında 4G qüllələri quraşdırılıb. Alimlər aşkar edib ki, harda ki, bu qüllələr quraşdırılıb, insanlar arasında psixonevroloji patalogiyalar artıb, intiharlar çoxalıb. Ona görə elm adamları bu qüllələrə qarşı çıxıblar.
"Sağlam Cəmiyyət" Hərəkatının eksperti, sosioloq Elçin Bayramlının “Şərq”ə açıqlamasına görə, həkimin dediklərinin çoxu elmi faktlarla sübut olunur. Texnologiyanın sürətli inkişafı özü ilə komfortla yanaşı, ciddi problemlər də gətirir:
“Mən bu texnologiya üzrə mütəxəssis olmadığımdan texniki tərəflərini deyə bilmərəm, amma ümumi şəkildə hamıya aydındır ki, elektron cihazların çoxalması və elektromaqnit sahənin güclənməsi insanın sağlamlığına zərər vurur. 5G texnologiyası da onlardan biridir. Bu haqda onlarla elmi araşdırma aparılıb və bir çoxunda 5G dalğalarının insanlara, heyvanlara və bitkilərə zərər verdiyi sübut olunub. Təxminən 2 il qabaq dünyanın aparıcı 2000 elm xadimi və 1400 həkiminin iştirakı ilə aparılmış tədqiqatların nəticəsi olaraq bildirildi ki, 5G texnologiyası insan orqanizmi üçün təhlükəlidir. 2017-ci ildə müxtəlif ölkələrdən xeyli sayda alimlərin BMT-yə birgə müraciəti oldu. Orada deyilirdi ki, insan sağlamlığına təsiri sınaqdan keçirilməmiş texnologiyaların tətbiqi, elektromaqnit və radio dalğaları ilə işləyən cihazların çoxalması canlı aləmə sarsıdıcı zərbələr vurur. Məsələn, dünyada böcək populyasiyasının 80 faiz azalmasında elektormaqnit sahəsinin çoxalmasının təsiri olduğu elmi şəkildə sübut olunur. O cümlədən quşların kütləvi ölümləri, arıların qırılması kimi faktlar da çoxdur”.
Sosioloqun sözlərinə görə, 3G və 4G-dən fərqli olaraq 5G-nin elektromaqnit hissəciklərinin zərəri daha çoxdur. Bir çox alimlər deyir ki, bu hissəciklər insanlarda xərçəng xəstəliyi, genetik pozulma, stres, reproduktiv sistemin dəyişikliyi, yaddaş problemi yaradır:
“5G-də 4G-dən 100 qat daha sürətli data ötürülməsi mümkün olacaq. Bu texnologiyada hər 100-150 metrdən güclü baza ötürücü stansiyaları qurulmalıdır. 5G dalğaları aşağı tezliklərdə və hər tərəfi bürümüş çox sıx ötürücü qurğularla yayımlanır. İddialara görə, insanın hüceyrə vibrasiyası ilə eyni tezlikdə. Və bu da bədəndə oksigen atomlarının udulmasına və məhv olmasına gətirib çıxara bilər. Yəni ionlaşdırıcı radiasiyaya yol aça bilər ki, bunun da xərçəngə səbəb olduğu iddia edilir.
Çox sayda nüfuzlu alimlər və texnologiya mühəndisləri bu tezliklərdə olan dalğaların genlərə təsir etdiyini və mutasiyaya səbəb olacağını deyirlər. Təsəvvür edirsinizmi, hazırda internetə bağlı 50 milyarddan artıq cihaz var. Əşyaların interneti 5G üzərinə qurulacaq, burada insan beyni də bir elektronik əşya kimi qəbul edilir. Bu, verilən frekanslardan asılı olaraq, stresə də, intihara da gətirib çıxara bilər. Yüksək frekanslı radiodalğalar ümumiyyətlə orqanizmə zərərlidir. Bu gün istifadə etdiyimiz smartfonlar və sair elektron cihazların zərəri var”.
E.Bayramlının fikrincə, texnologiya inkişaf etdikcə ətrafımızı müxtəlif tezlikli radiodalğalarla dolu şüa okeanı bürüyür və bundan hüceyrələrimiz zərər görür:
“Təkcə Amerikada Elon Maskın rəhbərlik etdiyi şirkət kosmosa 40 min peyk çıxarmağa başlayıb və planetin aşağı orbitini bürüyəcək kiçik peyklərlə dünyanın həm kv.sm-ə sürətli internet ötürəcəyini deyir. Bunun insanlara və digər canlılara zərəri olmaya bilərmi? Bir sıra ölkələr 5G texnologiyalarının istifadəsinin dayandırılması barədə beynəlxalq çağırışa qoşularaq müvafiq sənədi imzalayıb. Hazırda bəzi ölkələrdə 5G-nin tətbiqinə başlanılıb. 6G və 7G texnologiyaları üzərində iş gedir.
6G-də baza stansiyaları insanların özü olacaq. Yəni belə çıxır ki, bildiyiniz biorobota çevriləcəyik. Hesab edirəm ki, canlı aləmə nə qədər zərərli olursa olsun, texnologiyaların inkişafını dayandırmaq mümkün olmayacaq. Çünki dünya elm və texnologiyası əlində olan mərkəzlərin dərdi insanların sağlamlığı deyil, tamam başqa məqsədlərdir. Məhz bu səbəbdən zərərsiz texnologiyaların inkişafı əngəllənir, zərərli texnologiyalar isə geniş tətbiq olunur.
5G təbii həyatdan virtual reallığa, elektronik dünyaya keçidin ilk böyük addımıdır. Ağlagəlməz yeni imkanlar yaranacaq, lakin insanlığın təbii həyatı sona çatmış olacaq”.