ABŞ alimləri hər gün çay içən insanların ölüm riskinin içməyənlərə nisbətdə 9-13 faiz daha az olduğunu aşkar ediblər.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları Böyük Britaniyanın “Biobank” məlumat bankından istifadə ediblər. 2006-2010-cu illər arasında 40-69 yaş arasında olan 498.043 nəfərdən “çay içmə vərdişləri” barədə soruşublar.
Sorğunun respondentləri 2022-ci ilə qədər izlənilib. Alimlər dünənki mətbuat şərhində nəticələri açıqlayıblar. Gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz daha az olduğunu bildiriblər.
Bu araşdırmaya qatılanların 100-də 89-nun qara çay növlərindən içdikləri vurğulanıb.