“Göbəyin funqusu – qranulyasion toxumadan təşkil olunmuş törəmədir. Əslində yeni doğulmuşun sağlamlığına heç bir təhlükə yaratmır, ancaq valideynlər bunu şiş təsəvvür edib narahat olmağa başlayırlar”.
Bu sözləri “Şərq”ə açıqlamasında pediatr Tərlan Əyyubov deyib.
Pediatrın sözlərinə görə, qranulyasion toxumanın artması, göbək güdülünə və yaraya düzgün qulluq edilməməsi səbəbindən göbək yaralarının, göbəkdə iltihabın uzun sürən sağalma prosesinin nəticəsində baş verir: "Göbək yarasının tez sağalması üçün göbək güdülünü yalnız təmiz və quru saxlamaq lazımdır. Heç bir antiseptik (spirt, brilliyant yaşılı və s.) və antibakterial vasitələr istifadə olunmur. Göbək yarasına nəsə düşdüyü halda, o, otaq temperaturunda olan axar su ilə yuyulur və təmiz, yumşaq salfet vasitəsilə qurudulur".