“Hər yerdə analiz götürülməlidir”
“Hansısa dövlət işçisi gizli narkotik istifadə edirsə, müalicəyə göndərilməli, individual söhbətlər edilməlidilər”
Son vaxtlar mütəxəssislərin həyəcan təbili çaldığı "patı”, “şüşə”, “metamfetamin” kimi süni narkotik istifadəçilərin sayı durmadan artır.
Daxili İşlər Nazirliyi (DİN) narkomaniyaya qarşı qətiyyətli addımlar atır.
"Sherg.az"ın məlumatına görə, "Ümid ilə gəl" verilişinin qonağı olan tanınmış məşqçi Kamil Zeynallı bildirib ki, yük DİN-in üzərinə düşür. Lakin hər bir müvafiq dövlət orqanı işçilərini yoxlamadan keçirməlidir:
"Şəhərdəki lövhələrə narkotikdən pis vəziyyətə düşən adamların fotoları yerləşdirilməlidir. İnsan baxanda hər an xatırlamalıdır ki, narkotikin sonu budur. Düzdür, narkotikə qarşı qabaqlayıcı tədbirlər görülür.
Amma hələ ki effektiv nəticə əldə edilməyib. Xüsusilə, orta məktəblərdə, universitetlərdə tez-tez tədbirlər keçirilməlidir. Nazirliklərdə, dövlət qurumlarında da narkotik istifadəçiləri var.
Hər yerdə analiz götürülməlidir. Hansısa dövlət işçisi gizli narkotik istifadə edirsə, müalicəyə göndərilməli, individual söhbətlər aparmalıdır. Qabaqlayıcı tədbirlər yetərli deyil”.