"XXI əsrdə inkişaf edən elmlərin içərisində surətlə dəyişən sahə tibb sektorudur. 20-30 il əvvəl ürək əməliyyatının qeyri-mümkün olduğunu düşünürdük. Amma indi açıq ürək əməliyyatı sadə əməliyyatdır".
Bunu "Sherg.az"a açıqlamasında tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı deyib.
O, bildirib ki, Təcili yardım kafedrasının yaradılması alqışalayiqdir:
"Hər çağırışa gedən həkim nə ilə rastlaşacağından xəbərsizdir. Reabilitasiya, kardioloji, reanamasiya tədbirləri göstərməyi bacarmalıdır.
Ailə həkimi üzvlərin xəstəliklərini bilir. Ailə həkimi ilə bağlı tədrisinin verilməsi də uğurlu olar".
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində Təcili yardım kafedrası yaradılıb.