Fransada dərman qıtlığı yaşanır – Əhali əlaçsız qalıb

Fransada dərman qıtlığı yaşanır.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, ölkədə amoksisilin, ağrı kəsici və qızdırma salıcı kimi dərmanları tapmaq çətinləşib. Dərmanların təminatında problem yaşayan əczaçılar keçən ilin sonundan etibarən təslimat gözləyirlər. Fransa hökuməti isə yaşanan dərman qıtlığını Çində Koronavirusun şiddətlənməsinə görə parasetamol və amoksisilin maddəli dərmanların çox istifadə olunması ilə əlaqələndirir. 
Qeyd edək ki, Fransa hökuməti problemin həlli üçün yanvar ayının sonuna qədər parasetamol tərkibli dərmanların “online” satışına qadağa qoyub. Dekabrda əldə edilən məlumata əsasən 70 dən artıq əczaçı dərman qıtlığı olduğunu bəyan edib. 
Xatırladaq ki, Almaniya, ABŞ, Kanada, Avstraliya kimi dövlətlərdə də amoksisilin tərkibli dərmanlarda tədarük problemi yaşanır. 

Mənbə: Hürriyyət qazeti