"Dumanlı hava ilə əlaqədar insanlarda bir sıra problemlər yaranır".
Bunu "Sherg.az"a həkim-terapevt Şahvələd Məmmədov bildirib. O söyləyib ki, dumanlı hava şəraiti istənilən halda görmə qabiliyyətinin məhdudlaşmasına səbəb olur:
"Həmçinin təzyiqi, ürək xəstəlikləri olan insanlarda narahatlıqlar müşahidə edirik. Ən çox kardiovaskulyar, fobik nevroz və hipertoniya xəstəliyi aşkarlanan şəxslərdə rahatsızlıq hiss olunur. Əsasən, ürək sıxıntısı, baş ağrısı, ürəkbulanma, darıxma, boğulma və s. əlamətlərlə özünü büruzə verir".
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunub. Bu barədə ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.