Piştaxtalar “gül açıb”: alça 100, çiyələk 10 AZN, hələ gilas da var – Ziyanlıdır!

“Piştaxtalar gül açıb yenə... alça 100, çiyələk 10 manat. Hələ bir azdan gilas filan da gələcək”. 
“Sherg.az” xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev sosial media hesabında yazıb. İndi baha qiymətə satışa çıxarılan meyvə-giləmeyvələrin orqanizmə heç bir faydası  olmadığını vurğulayan pediatrın fikrincə əksinə, mövsümündə yeyilməyən bu qidalar allergiyası və mədə-bağırsaq problemləri olan uşaqlara ziyandır. Onun sözlərinə görə, sağlam və faydalı qidalanma üçün mütləq şəkildə ilk olaraq mövsümü meyvə və tərəvəzlərə üstünlük verilməlidir:

 “Meyvələr  vaxtında və təbii yolla yetişəndə  tərkibindəki vitamin və mikroelementlər uşaqlı-böyüklü hamıya faydalı olur. Çiyələyin tərkibində portağaldan daha çox C vitamini var. Eləcə də K, B vitaminləri, kaliy, fol turşusu və digər elementlər çoxdur. Ona görə çiyələk qanazlığı, anemiyalı uşaqlara vacibdir. 
Çiyələk tər və sidik qovucu xassəyə malikdir.  Lakin çiyələk güclü allergen meyvə olduğundan dəridə allergiya, səpmə, ishal, qusma  da verə bilər”.