Barmaqlarını “qırma”, əllərin əsəcək! – Tibbi izah 

Çoxları gün ərzində barmaqlarını “qırır” şaqqıldadır. Bəziləri üçün bu vərdişə çevrilib. Ən azından hər yetkin gənc həmin hərəkəti edəndə "ay bala, bəsdir, qocalanda əllərin əsəcək" sözlərini eşidib. 
"Sherg.az"xəbər verir ki, həkim-nevroloq Qalib Əsədovun qənaətincə, barmaqları şaqqıldatmaq sümüklərə heç bir ziyan vurmur:

"Artrit və ya gələcəkdə  əllərin əsməsinə gətirib çıxarar fikirləri tam yanlışdır. Heç bir elmi əsası yoxdur. Bizim eşitdiyimiz şaqqıltı səsi sadəcə oynaq daxili mayedə olan qazların təyziqi azalması nəticəsində partlamasıdır.

Oynaqda maye var. Barmağımızı dartdıqda təzyiq azalır. Həmin mayedə həll olmuş qazlar qabarcıqlar şəklində formalaşır. Məsələn, qazlı su almısız. Qapağını açdığınız zaman təzyiq aşağı düşdüyündən, orda həll olan qazlar qovuq yaradır".