Adətən şirəsi sıxıldıqdan sonra atılan limon qabıqlarında insan orqanizmi üçün lazım olan bir çox vitaminlər var.
Sherg.az türk mütəxəssislərin tövsiyyələrinə istinadən xəbər verir ki, maksimum sağlamlıq faydası üçün limonun hamısını istehlak etməyə çalışmalısınız...
Araşdırmanın yekun nəticəsində limonun tərkibində 25 fərqli xərçəng növü ilə mübarizə apara bilən birləşmələrin olduğu bildirilir. Mütəxəssislər limon qabığının dəriyə qulluq üçün çox yararlı olduğunu vurğulayırlar.
Limon qabığı müxtəlif ölkələrdə, xüsusilə Hindistanda xərçəng xəstələrinin müalicəsində də istifadə olunur. Müalicə zamanı istehlak edilən limon orqanizmdən zəhərli tullantıları çıxarır.
Dondurulmuş limon kistlərə, şişlərə qarşı profilaktik təsir göstərir. Xüsusilə iltihab, dəridə göbələk problemləri olan insanlar üçün çox təsirlidir.
Limon ayrıca bir dərdə çarə ola bilər. Ancaq limonu dondurduqda, turşu balansı azaldıqca daha da faydalı olmağa başlayır. Ərimiş limonu dondurucudan çıxarıb gözlədikdən sonra istehlak edə bilərsiniz.
Limon həzm problemi olan insanları çox sevindirə bilər. Həzm sistemindəki toksinlər limon sayəsində rahatlaşır, mədə yanması, qaz və ya şişkinlik kimi problemləri aradan qaldırır.
Eyni zamanda limonu sürtgəcdən keçirib salat, şorba, dondurma, makaron, suşi, balıq kimi müxtəlif yeməklər üçün istifadə edib bu şəkildə yeməyə başlaya bilərsiniz.
Limon suyu faydalı olsa da, limonun özü daha faydalıdır. Limonun özündə olan pektin lifi mədədə genişlənə və uzunmüddətli toxluq hissi yarada bilər. Limon suyunda pektin yoxdur.
Bir limonda təxminən 30 mq C vitamini var. Bu nisbət gündəlik C vitamininin yarısını qarşılaya bilər. Bu şəkildə gündəlik C vitamini qarşılana bilər. Tərkibindəki antioksidantlar damarların sərtləşməsinin qarşısını alır və tıxanma problemini aradan qaldırır.
Limon ekstraktına çox üstünlük verilməsə də, insan sağlamlığı üçün çox faydalıdır. Bədxassəli xərçəng hüceyrələrini məhv edir, sağlam hüceyrələrə heç bir zərər vermir.
Limonun saysız-hesabsız faydalarından yararlanmaq istəyirsinizsə, dondurulmuş variantı mütləq soyuducuda saxlamalısınız.
Limonu yaxşıca yuyub bir gün dondurucuda saxladıqdan sonra istədiyiniz şəkildə istehlak edə bilərsiniz. Heç bir zərər vermədən istehlak edəcəyiniz limon belə daha da şəfalı olacaq.
Yay-qış fərq etmədən istehlak etdiyimiz limon, yayda dondurulmuş halda immuniteti gücləndirici təsirlərə malikdir. Xüsusilə qripdən qorunmaq üçün limonun özünü və dondurulmuş formasını bol-bol istehlak etmək tövsiyyə edilir.