Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 29-da 62 yaşlı Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zaman-zaman sonu ölümlə bitən əməliyyat xəbərlərini eşidirik. Səbəblər müxtəlifdir. Kimisi səhlənkarlığı həkimlərdə, kimisi də xəstənin gec müraciətində görür.

Sözügedən məsələ ilə bağlı ümumi cərrah Bəhruz Səlimov “Sherg.az”a açıqlamasında bildirib ki, amputasiya prosesi zamanı bir sıra göstərişlər verilir:
“Qadının həyatını xilas etmək üçün amputasiya ediblər. Amputasiya olunan ayaqda təxmini 1-2 litr qan olur. İtirilən qanı bədənə qaytarmaq mümkün olmur. Ayağı çürüyən xəstənin böyrəyi, ürəyi, beyni, nə də ki, gözünün damarları qaydasında olmur. Çox güman həmin şəxs şəkərli diabet xəstəsi olub. Xəstənin həyatını xilas etmək üçün proseslər gedir, lakin daxildəki xəstəliklər icazə vermir ki, həmin şəxslər yaşasın”.
Cərrah qeyd edib ki, amputasiya stressli və ağır əməliyyatdır:
“Hədəf nöqtə həkimin, cərrahın üzərinə yönəlir. Amputasiya kimi stressli əməliyyat ciddi göstərişlərlə olur. Ayağında yüngül ağrısı olan şəxs amputasiya olmur. Mütləq ki, xəstənin ayağında qanqrena gedib”.