Stressli bir həyat yaşamaq dişlərimizi sıxmağa və yaxud "qıcama"ya səbəb olur. Bu insanları həm fiziki, həm də emosional olaraq qocaldır.
"Sherg.az" xəbər verir ki, türkiyəli stomatoloq Güzin Kırsaçoğlu stressin dişlərə və üzə verdiyi zərərin qarşısını almağın yollarını açıqlayıb.
"Dişləri "qıcamaq" və ya bir-birinə sıxmaq çeynəmə səthindəki xırda qırışları aşındıraraq diş uzunluqlarının qısalmasına və beləliklə də, üzün aşağı hissəsinin çökməsinə səbəb olur. Bu, dodaqların kənarlarında cizgilər və çökəkliklər yaradır, buna "Çin bığları" deyirik. "Çin bığı"nın görünüşü insanı yaşından daha qoca göstərir.
Diş qıcırdamasının kökündə fiziki bir problem varsa, dişləri düzəldərək və ya botoks kimi üsullardan istifadə edərək əzələlərin rahatlatılması lazımdır. Psixoloji problem varsa, sinir terapiyası kimi üsullarla dişlərin zədələnməsinin qarşısı almaq olar. Diş qıcırtılarının müalicəsi üçün klinikamızda həm fiziki, həm də psixoloji səbəblərdən müalicə təklif edirik. Botoks, nevroterapiya kimi üsullarla dişlərin qıcamasının qarşısını alır və qoruyuruq. Bu müalicələr sayəsində insan daha rahat yatır və daha gözəl gülümsəyir".