Azərbaycanda bir universitetin 8 tələbəsi qızılcaya yoluxub

Azərbaycan Texniki Universitetində (AzTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq universitetdən bildirilib.
Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar: "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".