Millət vəkilimiz Ceyhun Məmmədov və tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov Mərkəzimizin - İntellect Academiyanın qonağı olmuşlar. Dəyərli qonaqlarmıza psixoloji və fizioloji mərkəzin yaranma zərurəti və fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra, onlar mərkəzin mütəxəssisləri və iş otaqları ilə tanış edilmiş, keçirilən dərslərlə bağlı ətraflı təsəvvürlər yaradılmışdır. Daha sonra kollektiv müzakirələr aparılmış, geniş fikir mübadiləsi edilmişdir.
İlk tanışlıq prosesində Mərkəzimizin müalicəvi idman mütəxəssisi Rəhman Məmmədov məşğul olduğu problemlərlə (Autizm, Əqli gerilik, Asperger, Daun, Usi, Diqqət əksikliyi və hiperaktiv pozuntu) haqqında qonaqlarımıza ətraflı məlumat verdi. Mərkəzimizin Loqoped-Defektoloqu Nigar Qədirli isə hal hazırda uşaqlar arasında ən geniş yayılmış nitq qüsurları haqqında söhbət açdı, Korreksiya prosesində müvafiq metod və terapiyalarının önəminə diqqət yetirdi .
Mərkəzin rəhbəri olaraq mən və psixoloq Nuranə Salmanova böyüklərdə və uşaqlarda yaranan psixoloji prablemlər haqqında məlumat verdik, korreksiya üsullarının faydasından bəhs etdik. Söhbət əsnasında qonaqlar tərəfindən bu sahələrdə yaranan boşluqlara, mövcud problemlərin aradan qaldırması üçün həllini gözləyən məsələlərə diqqətin artırlmasına toxunuldu.
Səmimi və işgüzar şəraitdə küçən görüşdən qonaqlar, əməkdaşlar və digər iştirakçılar öz məmnunluqlarını, belə görüşlərin mütəmadi keçirilməsinin bu sahənin inkişafına təsirsiz ötüşməyəcəyinə əminliklərini dilə gətirdilər.. Sonda görüşdən xatirə şəkili çəkildi.
Fərqanə Mehmanqızı,
İntellect Academiyanın rəhbəri, psixoloq