Brokolinin hansı faydaları var?

Superfood adlanan brokoli dadı hər kəsin xoşuna gəlməyən bir tərəvəzdir. Ancaq dadı sizi cəlb etməsə də, brokolinin faydaları unikaldır və buna görə də onu istehlak etməliyik. Daimi istehlak edilən brokoli sağlam quruluşu ilə insan sağlamlığı üçün bir çox faydalar təqdim edir. Brokolini suda qaynadıb əldə edilən suyu müntəzəm olaraq gündə 2 stəkan içə bilərsiniz. 

"Sherg.az" gündə 2 stəkan brokoli suyu içməyin faydalarını təqdim edir:

1.Diş və sümük sağlamlığını qoruyur: 
Brokoli suyu süddən daha çox kalsium ehtiva edir. Əgər laktoza dözümsüzlüyü varsa və ya süd içməyi sevməyən birisinizsə, o zaman brokoli suyu içə bilərsiniz. Brokoli suyu müntəzəm içmək sümük və diş sağlamlığını qoruyur və oynaq xəstəliklərinə faydalıdır. Uşaqların inkişaf illərində brokoli içməsi  gələcəkdə sümük xəstəliklərinin inkişaf riskini azaldır.

2. Həzm problemlərini aradan qaldırır: 
Brokoli yüksək lif tərkibli qidadır. Brokoli şirəsi müntəzəm olaraq içmək mədə yanmasından və şişkinlikdən qoruyur, eyni zamanda həzm sistemini tənzimləyir. Brokoli suyunu  müntəzəm içmək insanı qəbizlikdən xilas edir.

3.Xərçəngə qarşıdır: 
Brokoli bol miqdarda B qrupu vitaminləri ehtiva edən bir tərəvəzdir. Yüksək miqdarda B12 və riboflavin ehtiva edən brokoli suyu xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

4.Qırmızı qan hüceyrələrinin sayını artırır: 
Qırmızı qan hüceyrələrinin istehsalında iştirak edən dəmir brokolinin tərkibində yüksək miqdarda olur. Brokoli şirəsi içmək qanda hemoglobin səviyyəsini də artırır. Brokoli suyu qanı təmizləyir və qan dövranı sistemini qoruyur.

5. Beyin funksiyalarını qoruyur: 
Brokoli suyu B vitaminləri və fol turşusu ilə zəngin olduğundan beyni zərərli sərbəst radikallardan qoruyur. Beynin aktiv keçirmə sürətini dəstəkləyən və sinirlər arasında əlaqəyə töhfə verən komponentləri sayəsində brokoli sonrakı yaşlarda yaddaşa təsir edən xəstəliklərin riskini azaldır.