Beş yaşına qədər aşağı uşaqlar, 20 yaşdan yuxarı şəxslər risk qrupuna daxil olanlardır.
APA xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Onun sözlərinə görə, ağırlaşmalar daha çox bu qrupa aid olanlarda müşahidə edilir: “Qızılcaya yoluxma müşahidə edildiyi zaman mütləq həkimə müraciət etmək, ağırlaşma olduğu hallarda stasionar müalicəyə başlamaq lazımdır”.
Turan İbrahimova deyib ki, son dövrlərdə qızılcaya yoluxma halında artım təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir: “Son dövrlərdə qızılcaya yoluxmada artımın müşahidə edilməsinə səbəb COVID-19 pandemiyası dövründə uşaqların qızılcaya qarşı peyvəndləmədən kənarda qalmalarıdır”.