Siqaret çəkmək Alzheimer riskini artırır

Vaşinqton Universitetinin Tibb Məktəbinin tədqiqatçıları 32 min iştirakçının beyin skanını və siqaret çəkmə tarixini təhlil ediblər.

"Sherg.az" xəbər verir ki araşdırma nəticəsində məlum olub ki, siqaret təkcə ağciyərlərə deyil, beyinə də zərər verir və Alzheimer xəstəliyi riskini artırır. Məlum olub ki, gündə bir qutu siqaret çəkən insanların beyin həcmi heç vaxt çəkməyən və ya ümumilikdə 100-dən az siqaret çəkənlərlə müqayisədə azalıb.Siqaret çəkilən  hər il  beynin kiçilməsi artır. 

Hesabatda deyilir: “Siqaret çəkənlərin beyninin boz və ağ bölgələrində pisləşmə ehtimalı var. Bu, Alzheimer hadisələrinin yüzdə 14-nün niyə siqaretlə əlaqəli olduğunu göstərir ." 
Prof. Laura Bierut, “Qocalıq və siqaret demans üçün riskdir. Siqareti tərgitmək beyin toxumasının itkisini dayandırsa da, kiçilməni geri qaytarmır" deyib. Digər tərəfdən, avstraliyalı tədqiqatçıların araşdırmasına görə, orqanizmdə çox yüksək səviyyədə yaxşı xolesterin (HDL) də demans riskini yüzdə 42 artırır.