Saçların rənginə görə xəstəliklər – Sarışın, qaraşın, qumral?

Trixoloqlar hesab edir ki, saçlar sağlamlığın barometri hesab edilir.

“Medicina” xəbər verir ki, saçların rəngi və materialı insanın hansı xəstəliklərə meyilli olacağından xəbər verir.


Sarı saçlar

Statistikaya görə, sarışın qadınlar daha çox görmə torunun distrofiyasından əziyyət çəkir.
Anadangəlmə sarı saçlılarda göz problemləri çox olur. Ona görə onlar rasionlarına daha çox lütein və çeaksantinlə zəngin qidalar daxil etməlidir.

Bu maddələr yaşıl noxud, ispanaq, yaşıl yarpaqlı tərəvəzlərdə olur. Onlara kənd yumurtası sarısı vacibdir.

Açıq rəng saçlıların digər problemli nahiyəsi dəriləridir. Qaraşınlara nisbətən onlarda daha az melanin sintez olunur, ona görə sarışınların dərisi az müdafiə altındadır.

Ona görə sarışınarda dəri xərçəngi melanoma, xallarla problemlər çox olur. Sarışınlar daha çox, hər gün SPF krem, papaq və eymək istifadə etməlidir.

Qəhvəyi saçlıılar, qumrallar

Daha çox bu qadınlarda saç tökülməsi olur.
Çünki bu rəng saçlarda əvvəldən saç follikulu sayı az olur.

Eləcə də bu saç rəngi olanlarda anemiya, qan azlığı da çox rast gəlinir.

Kürənlər


Təbii kürənlər DNT-də nadir mutasiyaların nəticəsində yaranır.

Məhz bu mutasiya səbəbindən bu insanlarda narkoz, anesteziya gec təsir edir, onlara 20% daha çox anestetik, keyidici lazım olur.

Kürənlər digər rəng saçlılardan 70% daha çox Parkinsona meyillidir.

Parkinsonun qarşısını almaq üçün fol turşusu vacibdir: mərci, ispanaq, paxlalılar yeyin.