Tövsiyə etdiyi şəfalı qidalarla adından söz etdirən Prof. Dr. Canan Karatay sağlamlığı yaxşılaşdıran və təbii dərman effekti yaradan daha bir bitkidən danışıb. Karatayın “qandan zəhəri çıxarır” dediyi otu necə içmək lazım olduğunu və təsirlərini təqdim edirik.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Prof. Dr. Canan Karatay təqdim etdiyi faydalı məlumatlar ilə sağlamlığımızı yaxşılaşdırmaq üçün bir çox təsirli reseptlər verir. Onun təklif etdiyi son möcüzəli yemək yol kənarında, bağçada, evlərdə gördüyümüz bitkilərdən biridir.
Gicitkən nədir?
Toxunduqda dəri ilə təmasda olan gicitkən tüklərdə yüngül yanma və qaşınma hissi yaradır. Bununla belə, bu cür tüklərin tərkibindəki maddələrin sağlamlıq üçün çoxlu faydaları var.
Sidikqovucu, böyrək daşının qarşısını alan və qan təmizləyici xüsusiyyətləri ilə dərman bitkiləri arasında yer alan gicitkən iltihab əleyhinə təsirinə görə də istifadə edilə bilər. Düzgün və müntəzəm istehlak edildikdə, bədəndəki iltihabı aradan qaldırmağa kömək edir.
Gicitkəndə yüksək miqdarda C vitamini və dəmir olması qırmızı qan hüceyrələrinin əmələ gəlməsini sürətləndirir. Xüsusilə qan azlığından əziyyət çəkən insanların ondan istifadə etməsi faydalıdır.
Gicitkən istehlakı ürək-damar sağlamlığının qorunmasında böyük təsir göstərə bilər. Sümüklərin möhkəmlənməsində də mühüm rol oynayır. Diş əti qanayanlarında iltihaba yaxşı gəlir.
Gicitkən astma və saman qızdırması kimi yuxarı tənəffüs yollarının problemlərini aradan qaldırır. Lakin onun ən mühüm xüsusiyyətlərindən biri qanı təmizləməyə kömək etməsidir. Anemiya və xroniki yorğunluğun aradan qaldırılmasında təsirli rol oynayır. Zərərli maddələrin qandan çıxarılmasına kömək edir.
Gicitkənin faydalı təsirlərini orqanizmə daşımaq üçün gözəl gicitkən şorbası var.
Tərkibi:
- 2 stəkan təzə gicitkən yarpağı
- 1 böyük soğan
- 2 xörək qaşığı yağ
- 2 xörək qaşığı un
- 4 stəkan tərəvəz suyu və ya toyuq suyu
- Duz və istiot
Hazırlanması
Əvvəlcə gicitkənləri yaxşıca yuyun və tikanlı yerləri diqqətlə çıxarın. Sonra bir qazanda yağı qızdırıb doğranmış soğanı qovurun. Un əlavə edin və qovurmağa davam edin.
Tərəvəz suyu və ya toyuq bulyonu əlavə edib qarışdırın. Gicitkən əlavə etdiyiniz şorbanı qaynatmağa başlayın.
Qaynadıqdan sonra vam odda qoyub 15-20 dəqiqə daha bişirmək olar. İstəsəniz şorbaya duz və istiot vurub limon suyu əlavə edə bilərsiniz.