Alimlər SÜBUT ETDİ: Enerji içkiləri intihar düşüncələri yaradır

Alimlər aşkar ediblər ki, uşaqlar və yeniyetmələrdə enerji içkilərindən istifadə psixi sağlamlıq problemləri və intihar düşüncələri yaradır. Nyukasl Universitetinin tədqiqatçısı Dr. Şelina Visram, "Enerji içkilərinin psixi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə dair tapıntılardan dərin narahatıq" deyə bildirib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, enerji içkilərinin istehlakı, xüsusən də uşaqlar arasında psixi sağlamlıq problemləri riskinin artırır.

"Public Health Journal"da dərc olunan araşdırmada enerji içkilərinin uşaqların psixi və fiziki sağlamlığına necə təsir etdiyi araşdırılıb.

Nyukasl Universitetinin tədqiqatçısı Dr. Şelina Visram,  "Enerji içkilərinin psixoloji narahatlıq və psixi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə dair tapıntılar bizi dərindən narahat edir. Bunlar həll edilməli olan mühüm ictimai sağlamlıq problemləridir", -  deyib.

Tədqiqat dünyanın hər yerindən 1,2 milyon uşağın iştirak etdiyi 51 araşdırmanın məlumatlarını əhatə edib.

Bu, oğlanların qızlara nisbətən qazlı içkilərdən daha çox istifadə etdiyini göstərir.

Onlar həmçinin aşkar ediblər ki, içki içən uşaqlar narkotik vasitələrin qanunsuz istifadəsi və zorakılıq kimi riskli davranışlara daha çox meyllidirlər.


Qazlı içkilərin zəif akademik performans, yuxu problemləri, narahatlıq, depressiya və qeyri-sağlam qidalanma vərdişləri kimi mənfi hallara səbəb olduğu da ortaya çıxıb.

İngiltərə Kral Sağlamlığı Cəmiyyətindən Villiam Roberts deyir: "Bu mühüm araşdırma enerji içkilərinin həm qısa, həm də uzunmüddətli dövrdə uşaqların və gənclərin fiziki və psixi sağlamlığına zərər verə biləcəyinə dair artan sübutlardır.
Buna görə də biz Böyük Britaniya hökumətinin  addım atmasını və 2019-cu ildə 16 yaşdan aşağı olanlara enerji içkilərinin satışını qadağan edən tələbin yerinə yetirməsini istəyirik."