Öskürəyi kəsir: 3 damcı kifayət edəcək

Qripə qarşı ən təsirli vasitə evkalipt yağıdır


  Yayılan qrip insanların həyatını “zəhərə” döndərib, desək, əsla yanılmarıq. Yuxarı tənəffüs yollarının xəstəlikləri çox yayılıb və az qala, hər 2 nəfərdən birində qızdırma, öskürək, burun tutulması, halsızlıq, iştahsızlıq, baş ağrıları ilə müşayiət olunur. Ən pisi də budur ki, sağalmağa doğru getdiyi zaman bir çoxları yenidən yoluxur və xəstəlik bitmək əvəzinə təkrarlanır. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən mütəxəssislərin öskürək və burun tutulmasına qarşı təklif etdiyi təbii müalicə vasitəsi haqqında oxucuları məlumatlandırır. Mütəxəssislərin fikrincə, qripə qarşı ən təsirli vasitə evkalipt (okaliptus) yağıdır. Bu yağ qrip və soyuqdəymə əlamətlərinin aradan qaldırılmasına  güclü təsir edir, immuniteti gücləndirir. Evkalipt ağacının yarpaqlarından əldə edilən yağ xüsusilə qrip xəstəliyinin əlamətlərini yüngülləşdirmək gücünə malikdir. Onun əsas üstünlüyü nəfəs yollarını açmasıdır. Bu yağ sayəsində tıxanmış nəfəs yolları açılır, insan özünü rahat hiss edir. Evkalipt yağı həm də bəlğəmgətiricidir. Tərkibindəki sineol bəlğəmi yumşaldır, nəfəs borusundan, ağ ciyərlərdən xaric olmasını sürətləndirir. Sineol maddəsi ağacın toxumlarından əldə edilir. Xoş ətrinə görə hətta bu maddədən kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur.  Evkalipt yağından istifadənin müxtəlif üsulları var. İsti suya sadəcə 3 damcı okaliptis yağı damızdırmaqla burun tıxanıqlığı və öskürəyi dəf etmək olar. Bunun üçün isti suya bir neçə damçı yağ damızdırıb üzü buxarlanan suya tərəf tutmaq yetərlidir. Yaxşı olar ki, başınıza dəsmal salasınız, bu, buxarın ətraflara yayılmamasını, nəfəs orqanlarına yayılmasını təmin edəcək. Nəticədə burundakı tıxanıqlıq yox olacaq, daha rahat nəfəs ala biləcəksiniz.  Evkalipt  yağı damızdırılmış isti suyun buxarı boğaza da müsbət təsir edəcək, bəlğəmi yumşaldacaq. Tərkibində yağ olan isti buxar mikrobları məhv edəcək, nəfəs yollarını açacaq. Evkalipt yağını Hindistan cevizi yağıyla qarışdırıb eyni üsuldan istifadə etmək də olar. Bu yağlar birlikdə daha güclü təsirə malikdir. Bu yağdan bir neçə damcı qaynadılmış suya əlavə edib boğazı qar-qara etmək də yaxşı effekt verir. Bu maye boğazdakı zərərli bakteriyaları məhv edir. Evkalipt yağının baş ağrısına, diqqətin artmasına müsbət təsiri də qeyd edilir.