Sızanaqlarla mübarizədə aspirin effektivdir? -Dermotoloqdan AÇIQLAMA

Aspirin müalicəvi xüsusiyyətləri ilə tanınınaraq, yüksək temperaturu azaltmaq və baş ağrısı ilə mübarizə üçün istifadə olunur. Ancaq bu həbin başqa bir xüsusiyyəti, sızanaq və ləkələrə qarşı mübarizədə böyük rol oynadığı ilə bağlı məlumatlar mövcuddur.
Bəs, bu vasitə ilə bağlı fikirlər nə dərəcədə həqiqəti əks etdirir? Ümumiyyətlə, bu dərmanın dəriyə xeyri və zərərləri nədən ibarətdir?

Məsələ ilə bağlı "Sherg.az"a danışan dermatoloq Fərhad Qarayev söyləyib ki, aspirin iltihab əleyhinə peraparatdır :

"Bu səbəbdən də aspirindən tibbdə iltihabi prosseslərdə istifadə olunur. Həmçinin aspirin dəridə yaranan bir çox xəstəliklərin sağalmasında köməklik göstərir. Ancaq sızanaqlarda əsas səbəb iltihab deyil və burada ikincili xüsusiyyətə malikdir. Yəni nisbətən iltihabı azalda bilər, lakin tam müalicə etmir. Yəni, sızanaqlarla mübarizədə digər dərmanlar aspirindən daha effektlidir. Aspirinin ləkələri təmamilə yox etməsinə gəldikdə isə bu vasitənin belə bir funksiyası yoxdur. Aspirin melenomanın inkişafını ləngidir. Bu da dəri xərçəngi ilə əlaqəlidir və  bəd xassəli xal şəklindədir".