Mətbəxlərimizdə tez-tez istifadə etdiyimiz soğan sağlamlıq üçün çox faydalı bir tərəvəzdir. Bununla belə, mütəxəssislər dilimlənmiş soğan haqqında xəbərdarlıq edir və onların bu şəkildə istehlak edilməməsi lazım olduğunu bildirirlər.
"Sherg.az" təfərrüatları təqdim edir:
Sağlamlığa saysız-hesabsız faydaları olan soğan, düzgün istehlak edilmədikdə və ya qorunmadıqda çox zərər verə bilər. Dilimlənmiş soğanı saxlayarkən xüsusilə diqqətli olmaq lazımdır.
Dilimlənmiş soğanın içindəki mayelər bakteriyaların böyüməsi üçün əlverişli mühit yaradır. Buna görə də dilimlənmiş soğan uzun müddət saxlanılmamalıdır. Müxtəlif sağlamlıq problemlərindən qaçmaq üçün diqqətli olmağınız lazım olan nüanslar var. Dilimlənmiş soğanı soyuducuda uzun müddət saxlamaq, istehlakdan əvvəl kifayət qədər bişirməmək və ya gigiyena qaydalarına tam diqqət yetirməmək riskli vəziyyətlərə gətirib çıxara bilər.
Xüsusilə immun sistemi aşağı olan şəxslər, yaşlılar və uşaqlar bu vəziyyətdən mənfi təsirlənə bilərlər. Dilimlənmiş soğanı istehlak etməzdən əvvəl mütləq gigiyenik mühitdə saxlamalısınız. Bundan əlavə, dilimlənmiş soğanı gözləmədən təzə istehlak etmək çox daha faydalı olacaq. Bir gecədə fərqli mühitdə saxlanılan və sonra istehlak edilən soğan öd ifrazını, mədə turşusunu artıra və qida zəhərlənməsinə səbəb ola bilər. Bu səbəblə, artıq doğranmış soğanlarınız varsa, onları bağlı torbaya qoyub soyuducunun "No-Frost" bölməsində saxlamalısınız.
Həssas mədəsi olan insanlar dilimlənmiş və yaşlı soğandan təsirlənə bilər. Soğan istehlakından sonra qarın ağrısı, qaz və ya həzmsizlik kimi əlamətlər yarana bilər. Buna görə də diqqətli olmaq daha yaxşıdır.