Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə Aqrar siyasət komitəsinin sədri Sadiq Qurbanov deyib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Komitə sədr bildirib ki, suyun keyfiyyəti ilə bağlı məsələ ürəkaçan deyil: “Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının “Azərsu” ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilmiş, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülmüş, təkrari müayinələr aparılıb.
Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2%-i orqanoleptik, 11,8%-i kimyəvi, 40,3%-i bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Yevlax şəhərinin içməli su təchizatı ilə bağlı aparılmış müayinələr zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib”.