Həkimlər “15 yaşa qədər yaşamayacaq” dedilər- Müəllim ata möcüzə yaratdı

Müəllim ata öz müalicəsi ilə möcüzəyə nail olub

Türkiyə Gümüşhanenin Gözeler kəndində yaşayan təqaüdçü sinif müəllimi Yaşar Temel Başer (67) həyatını mukopolisakkaridoz (MPS) xəstəsi olan əlil qızı Nur Hilal Başerə həsr edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Başer MPS xəstəliyi diaqnozundan sonra həkimlərin "15 yaşına qədər yaşaya bilməyəcək" dediyi qızı üçün hərəkətə keçib və 2007-ci ildə 25 illik müəllimlik peşəsindən təqaüdə çıxaraq Gözeler kəndində məskunlaşıb.


Qızlarının daha uzun ömür sürməsi üçün mübarizə aparan Yaşar Temel Başer və həyat yoldaşı Rabia Başer əlil qızına öz bağçasında istehsal etdikləri və heyvanlarından əldə etdikləri təbii məhsullarla qızlarını 17 il yedizdirərək, onun bu yaşa qədər yaşamasına şərait yaradıblar. Təbii məhsulların və təmiz kənd havasının qızının uzun ömür sürməsində çox təsirli olduğunu deyən Rabia Başer (67), qızlarının qayğısını heç vaxt laqeyd qalmadıqlarını bildirib.

Yaşar Temel Başer qızının uzun ömür sürməsində yeməklə yanaşı, kəndin təmiz havası və suyunun da təsirli olduğunu ifadə edib: “Erkən pensiyaya çıxmağımın ən böyük səbəbi xəstə olan qızımdır. Qızım daha uzun və sağlam yaşasın deyə təqaüdə çıxıb kəndə gəlməyi seçdim. Kənddə qızımıza təbii və sağlam qidalar və heyvan mənşəli qidalar veririk. Onun üçün daha sağlam və daha faydalıdır. Təmiz hava və suya sahib olmaq da sağlam olmaqda təsirlidir. Qızımı Çapa Tibb Fakültəsinə apardım. Burada aparılan sınaqlar və müalicələr nəticə vermədi. Oradakı həkimlər də xəstənin bu xəstəliklə çox yaşamayacağını bildirdilər. Artıq müalicə olmadığı üçün qızımı da götürüb Gümüşhaneyə gəlib, təqaüdə çıxdım. Çox işə yaradı, xırda problemlərdən başqa indiyə qədər heç bir problemimiz olmayıb. Mən özümü tamamilə uşağıma həsr etmişəm”. 


Qızlarının yeməyinə, təmizlik işlərinə diqqət etdiklərini deyən ana Rabia Başer, “Uşağımıza hər gün baxırıq, həm yeməyinə, həm də təmizlik işlərini görürük. Çapa Tibb Fakültəsinin professorları mənə dedilər ki, uzağı 15 yaşına kimi yaşayacaq”.